Anar Axundov: "Yaşıl keçid" Azərbaycanda yeni investisiya imkanları yaradır"
sizinxeber.az xəbər saytı

Anar Axundov: "Yaşıl keçid" Azərbaycanda yeni investisiya imkanları yaradır"


"Yaşıl keçid" Azərbaycanda yeni investisiya imkanları yaradır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün "yaşıl keçid" təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanlarıdır: "İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər ümumi gücü 6 giqavat olan külək və günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır və bu rəqəmin 2032-ci ilə qədər 8 giqavata çatdırılması gözlənilir. Bir neçə layihə artıq start götürüb, həmçinin enerjinin saxlanılması (batareya sistemləri) həlləri də araşdırılır. ​Bununla paralel olaraq, Azərbaycan Cənubi Qafqaz və daha geniş Xəzər regionunu Avropa enerji bazarları ilə birləşdirməyə yönəlmiş regional "yaşıl enerji" bağlantısı təşəbbüslərini, o cümlədən Qara dəniz və Xəzər dənizi "yaşıl enerji" kabel layihələrini təşviq edir. ​Bu təşəbbüslər təkcə bərpa olunan enerji istehsalında deyil, həm də ötürücü infrastruktur, avadanlıq istehsalı, mühəndislik, "yaşıl sənaye zonaları" və müvafiq tədarük zəncirlərində geniş imkanlar açır".

Bundan başqa, nazir müavini deyib ki, Azərbaycan daha keyfiyyətli birbaşa xarici investisiyaların cəlbi üçün dövlət dəstəyi mexanizmləri gücləndirilir: "Daha keyfiyyətli investisiya effektiv dövlət dəstəyi mexanizmləri tələb edir. Son illər Azərbaycan vergi-gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri, ixracın təşviqi alətləri, güzəştli maliyyələşdirmə və sahibkarlığa hədəfli dəstək vasitəsilə investisiya ekosistemini təkmilləşdirməyə davam edib. ​Prezident İlham Əliyevin son fərmanlarə bu istiqaməti daha da gücləndirir. Qeyri-neft-qaz ixracının stimullaşdırılması və nəqliyyat xərclərinin dəstəklənməsi üzrə tədbirlər ixracatçıların yeni bazarlara çıxmasına və Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyinin artırılmasına kömək edəcək. Eyni zamanda, kredit zəmanəti və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi bizneslərin, xüsusən də regionlarda maliyyəyə çıxış imkanlarını genişləndirəcək. ​Birlikdə götürüldükdə, bu tədbirlər bizneslərin böyüməsinə, ixrac etməsinə, investisiya qoymasına, innovasiyalar tətbiq etməsinə və dəyər zəncirlərinə daha fəal inteqrasiya olunmasına kömək etmək məqsədi daşıyır".

A.Axundov həmçinin əlavə edib ki, milli dəstək tədbirləri beynəlxalq təcrübə, maliyyələşdirmə alətləri və institusional tərəfdaşlıqlarla əlaqələndirildikdə daha effektiv nəticələr verir: "İnvestisiya prosesi getdikcə daha mürəkkəb və rəqabətli xarakter aldıqca, hökumətlər, inkişaf institutları, investisiyaların təşviqi agentlikləri və biznes ictimaiyyəti arasında əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, IsDB Qrupuna üzv ölkələrdə özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, investisiyanın sığortalanması, infrastrukturun və institusional potensialın gücləndirilməsinin dəstəklənməsində mühüm rol oynayır. Bizim vəzifəmiz təkcə investisiya axınlarını artırmaq deyil, həm də hər bir investisiyanın iqtisadiyyat və cəmiyyət üçün qalıcı dəyər yaratmasını təmin etməkdir".

Oxşar xəbərlər

Azərbaycan yaxın 2 ildə "yaşıl enerji"nin inkişafının I mərhələsini tamamlayacaq
Anar Axundov: "Tam dövriyyəli istehsal imkanlarını nəzərdən keçirməyə çalışırıq"
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Nazir müavini: "Azad edilmiş ərazilərdə özəl sektor üçün yeni investisiya imkanları yaradılır"
Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər