Texniki təhlükəsizlik üzrə tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsə daxil olan müəssisələrin nümayəndələri üçün texniki təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələrində texniki təhlükəsizlik tələblərinə əməl olunması, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, istehsalat proseslərində risklərin vaxtında müəyyənləşdirilməsi və mümkün qəzaların qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbirdə AZCON-un idarəetməsinə daxil olan dövlət müəssisələrinin və digər qurumların məsul nümayəndələri iştirak ediblər.
Görüş zamanı texniki təhlükəsizlik sahəsində normativ-hüquqi aktların tələbləri, təhlükə potensiallı obyektlərin dövlət qeydiyyatı, istismara icazə, texniki müayinə və ekspertiza prosedurları, eləcə də məsul şəxslərin və işçi heyətin hazırlığı ilə bağlı məsələlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qaldırıcı qurğuların, lift və eskalatorların, təzyiq altında işləyən avadanlıqların, qaz təsərrüfatı, eləcə də digər təhlükə potensiallı obyektlərin qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz istismarı xüsusi əhəmiyyət daşıyır. Həmçinin, qəza və insidentlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin əhəmiyyəti vurğulanıb.
Aidiyyəti mövzular üzrə ətraflı fikir mübadiləsi aparılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO
Qəbələdə texniki təhlükəsizliklə bağlı seminar-müşavirə keçirilib
FHN Xaçmazda “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirib
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılmasının yeni qaydası təsdiqlənib
AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrin siyahısı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
