Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək
sizinxeber.az xəbər saytı

Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək


Belçika öz ərazisində AMRAAM raketləri üçün istehsalat meydançasının yaradılması ilə bağlı danışıqların yekun mərhələsindədir, həmçinin Hörmüz boğazında təhlükəsizliyə töhfəsini və Ukraynaya dəstəyini gücləndirməyə hazırlaşır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz Belçikada AMRAAM raketləri üçün istehsalat meydançası yaratmağa çalışırıq. Danışıqlar davam edir. Ümid edirəm ki, onlar uğurla başa çatacaq", - o bildirib.

Nazir həmçinin bildirib ki, artıq NATO-nun Aralıq dənizindəki əməliyyatlarına cəlb olunmuş Belçikaya məxsus minaaxtaran gəmi, regionda gərginliyin artması fonunda operativ şəkildə Hörmüz boğazına göndərilə bilər: "Biz onun ən qısa zamanda Hörmüz boğazına göndərilməsi barədə qərar qəbul edəcəyik. Belçika mümkün missiyanı Böyük Britaniya ilə koordinasiya edəcək ".

Oxşar xəbərlər

Pentaqon Ukraynaya AMRAAM raketlərinin tədarükü ilə bağlı müqavilə bağlayıb
Belçika Ukraynaya hərbçilərini göndərə bilər
Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır
Pentaqon “AMRAAM” raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
Tayani: İtaliya Hörmüz boğazında Aİ-nin dəniz missiyasının genişləndirilməsinə etiraz edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər