İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə təsisatlarında yoxlama aparmaq üçün İrana qayıdacaqları ilə bağlı xəbəri təkzib edib.
Sizinxeber.az xəbər verir ki, brifinqdə danışan Bəqayi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında İran nümayəndə heyətinin AEBA-nın Baş direktoru Rafael Qrossi ilə görüşmədiyini deyib.
Onun sözlərinə görə, AEBA müfəttişlərinin İranın əvvəlki iki müharibə zamanı zərər görmüş nüvə obyektlərinə girişi planlaşdırılmır.
“İran Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin öhdəlik daşıyan bir üzvü kimi, hazırda istifadədə olan üsula davam edəcək”, - Bəqayi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Vitse-prezidenti Ceyms Devid Vens AEBA inspektorlarının İranın nüvə təsisatlarında yoxlama və nəzarət aparmaq üçün yenidən İrana qayıdacağını bildirib.
Oxşar xəbərlər
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
AEBA-nın texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək
AEBA: İran nüvə obyektlərinin işini dayandırmalıdır
İran və AEBA arasında əməkdaşlıq çərçivələri müzakirə olunacaq
İran və AEBA nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
