Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu


Çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu.

"Sizinxeber.az" xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət yığmasının blokçusu Ramazan Ağabəyov Avropa çempionatının təsnifat mərhələsində keçirilən Avstriya ilə oyun barədə danışarkən deyib.

O, istədikləri kimi oynaya bilmədiklərini vurğulayıb:

“Təsnifat mərhələsində ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli voleybolçular çox idi və onlar görüşün həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik".

Ramazan Ağabəyov növbəti qarşılaşmada qalib gəlmək istədiklərini söyləyib:

"Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya ilə matçdan sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, AVRO-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma səfərdə keçirdiyi ilk oyunda Avstriyaya 0:3 hesabı ilə məğlub olub. Komanda növbəti matçını avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Belçikaya qarşı keçirəcək.

Oxşar xəbərlər

Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik
Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb
Azərbaycan voleybolçuları Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər