

Azərbaycan millisinin və “Zirə”nin baş məşqçisi: “Birbaşa Bakı” hələlik qarşısıalınmaz komandadır”
“Birbaşa Bakı” hələlik qarşısıalınmaz komandadır.
Bunu “Report”a açıqlamasında “Zirə”nin baş məşqçisi Elşad Quliyev minifutbol üzrə Azərbaycan çempionatının finalında “Birbaşa Bakı” ilə keçirdikləri oyunu dəyərləndirərkən deyib.
Mütəxəssis, məğlub olmalarına baxmayaraq, pis oynamadıqlarını söyləyib:
“Birbaşa Bakı” Avropanın ən güclü komandasıdır. Neçə ildir futbolçular bir yerdə oynayırlar. Biz də yaxşı hazırlaşmışdıq. Pis oyun keçirmədik. Sadəcə, öz səhvlərimizə görə məğlub olduq. Kim daha dözümlü olacaqdısa, o da qalib gələcəkdi. Demək olar ki, 1 qol oyunun taleyini həll edəcəkdi. Həm də millinin əsas oyunçuları məhz “Birbaşa Bakı”nın heyətindədir. Əslində, bizim üçün pis nəticə sayılmır. Futbolçuların durumu mənim üçün çox önəmli idi. İnanıram ki, bu matç həm çempionat, həm də yığma baxımından futbolçularımız üçün faydalı oldu. Hər iki komandanı təbrik edirəm. “Birbaşa Bakı” hələlik qarşısıalınmaz komandadır”.
Baş məşqçi heyətdə yer alan legionerlərin çıxışı ilə bağlı düşüncələrini də bölüşüb:
“Heyətimizdəki legionerlərin oyunlarının alınmadığını deməzdim. Əsas odur ki, Avropanın ən güclü komandasına qarşı oynadıq. Hansı ki, heyətlərində çıxış edən bəzi milli üzvləri Avropanın ən güclü futbolçuları seçilib. Onlardan daha yaxşısını tapmaq hazırda çətindir. Komandamız bir neçə il birlikdə oynasa, çempion olacağımıza inanıram”.
Azərbaycan millisinin də baş məşqçisi olan E.Quliyev qarşıdakı planlardan danışıb:
“Bu matçdan sonra komandada dəyişiklik nəzərdə tutmamışam. Çempionlar Liqasına hazırlaşacağıq. Azərbaycanı yarışda iki komanda təmsil edəcək. Martın 16-da isə millinin toplanışı başlayacaq. Hələ ki, əsas planlarımız bunlardır”.
Qeyd edək ki, finalda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən "Birbaşa Bakı" ölkə çempionu adını qazanıb.
Oxşar xəbərlər
"Birbaşa Bakı"nın baş məşqçisi: "Çempionluq olduqca xoş hissdir"
“Zirə” minifutbol klubunun qapıçısı: “Ümid edirəm ki, qızıl medalları biz qazanacağıq”
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək
"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
