Nestor Lorenso: "Özbəkistanla matçda stadionun ab-havası oyunçularda psixoloji gərginlik yaratdı"
Kolumbiya millisinin bəzi futbolçuları Özbəkistan yığması ilə matçda ciddi emosional təzyiqlə üzləşiblər.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Nestor Lorenzo DÇ-2026-nın K qrupunun I turunda baş tutan oyundan (3:1) sonra deyib.
Mütəxəssis turnirin favoritlərindən biri olmağın komandaya əlavə məsuliyyət yüklədiyini bildirib:
"Stadiondakı möhtəşəm ab-hava oyunçularda büyük enerji yaratmaqla yanaşı, psixoloji gərginliyə də səbəb oldu. Biz çox yaxşı birinci hissə keçirdik. Daha sonra rəqib birbaşa ötürmələrə əsaslanan oyuna başladı və bizi müdafiəyə çəkilməyə məcbur etdi. Bu, tamamilə fiziki mübarizəyə çevrildi. İlk yarıda daha böyük üstünlük yaxalaya bilərdik, lakin hücumları tamamlamaqda çətinlik çəkdik. Bəzən həddindən artıq ötürmələr etdik və topu itirməkdən qorxurduq. Heç kim hücumları zərbə ilə bitirmirdi. Bunun üzərində daim işləyirik".
O, millinin lideri Xames Rodrigeslə bağlı fikirlərini də bölüşüb:
"Bu, onun ən yaxşı matçı olmasa da, pis də oynamadı. Rəqib Xamesi "bağlamışdı". O, baş qəhrəmana çevrilə bilməsə də, topa sahib olduğumuz anlarda komandaya çox kömək etdi".
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi"
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik
"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "Finalda psixoloji üstünlük həlledici olacaq"
Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik
"Sabah"ın idman direktoru: "Bazel"ə qarşı oyunlar komandamız üçün böyük təcrübə oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
