Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
sizinxeber.az xəbər saytı

Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq


Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik voleybolu üzrə "Queen & King of the Court Mixed" turnirində 40 komanda iştirak edəcək.

"Sizinxeber.az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.

İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən "Queen & King of the Court" turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.

Oxşar xəbərlər

Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək
Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər
Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər