Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik


Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini söyləyib:

"Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirlər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurlu sonlandıra bilmədik. Komandanın hücum oyunundan kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı".

Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb:

"Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi"

Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Yon Dal Tomasson: Rəqibə açıq oyun təklif etdik
İsveç millisinin baş məşqçisi: Futbolçularımız sabah qürurla çıxış edəcəklər
İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"
Fernandu Santuş: Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm
Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər