Tramp USMCA ticarət sazişinin ləğv edilməsindən yanadır
sizinxeber.az xəbər saytı

Tramp USMCA ticarət sazişinin ləğv edilməsindən yanadır


Vaşinqton administrasiyası ABŞ, Kanada və Meksika arasındakı ticarət sazişinin (USMCA) qüvvədən düşməsindən yanadır.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Evian-le-Bendən Parisə gələrkən Orli hava limanında jurnalistlərə açıqlamasında bildirib.

"Mən USMCA-nın olmamasına üstünlük verərdim. Onu imzalamamağı, qüvvədən düşməsini üstün tutardım", - amerikalı lider qeyd edib.

Onun sözlərinə görə, ABŞ-yə "bu saziş olmadan daha yaxşı olardı".

"Mən sazişin olmamasını üstün tutardım. Lakin mən onu imzalaya bilərəm", - Tramp USMCA-nın qüvvəsinin uzadılması imkanını nəzərdə tutaraq əlavə edib.

Oxşar xəbərlər

Tramp ABŞ-ın Kanada və Meksika ilə ticarət müqaviləsini dayandıra bilər
Tramp aprelin 2-dək Meksikanın bəzi mallarına rüsumları dayandırıb
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Kanada ABŞ-yə qarşı tariflərin bir hissəsini təxirə salıb
Tramp Trüdo ilə danışıqların nəticələri barədə məlumat verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər