Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
sizinxeber.az xəbər saytı

Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsrail Livanda hərbi əməliyyatlar zamanı daha ehtiyatlı davranmalı və “Hizbullah”a qarşı mübarizədə daha hədəfli addımlar atmalıdır.

Sizinxeber.az xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib

“Bizim Livan məsələsində İsraillə kiçik fikir ayrılığımız var. Mən deyirəm ki, bir qədər yumşaq davran, Bibi. ‘Hizbullah’dan bir nəfər binaya daxil oldu deyə bütün binanı dağıtmaq lazım deyil”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti eyni zamanda Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın “Hizbullah”a qarşı mübarizə aparmağa hazır olduğunu iddia edib.

“Hizbullah onun düşmənidir. O, bu məsələyə yüksək dəqiqliklə yanaşardı”, – deyə Tramp vurğulayıb.

Bununla yanaşı, ABŞ lideri qeyd edib ki, Livanın özünün bu cür yanaşmanı dəstəkləyib-dəstəkləmədiyi də nəzərə alınmalıdır.

Tramp yaxın bir-iki həftə ərzində Livan rəhbərliyinin ABŞ-a səfər edəcəyini də açıqlayıb.

Oxşar xəbərlər

Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Tramp İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunduğunu açıqlayıb
Tramp İranın “Apache” helikopterinə hücumuna güclü cavab verilməsinin vacib olduğunu bildirib
Tramp: Razılaşma olmasa, ABŞ İrana zərbələri bərpa edəcək
İsrail Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər