Xalid Əhədov: İcra başçıları, sahibkarlar və iri fermerlər Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidir
“Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.
Xalid Əhədovun sözlərinə görə, bu hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənib: “Su və torpaq resurslarından səmərəli istifadə, Dövlət Proqramının əsas prioritetlərindəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir.
Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları, sahibkarlar və iri fermer təsərrüfatlarının nümayəndələri Dövlət Proqramından irəli gələn aşağıdakı vəzifələrin icrasına xüsusi diqqət yetirməlidirlər. İcra hakimiyyətinin başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar bölmədə əsas istiqamətlər üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən edərək hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməli, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusən pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq ucun zəruri olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Təbliğatın əsasında isə cənab Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətlərinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndələri bu çıxışı dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz ona söykənməli, bütün imkanlarını səfərbər etməklə sahibkar və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün lazım olan bütün tədbirləri görməlidirlər. Dövlət Proqramının icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür”.
Oxşar xəbərlər
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO
Aqrar sahə üzrə Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2, özəl sektordan isə 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Nazir müavini: Azərbaycanda əlavə 150 min tonluq taxıl siloları yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
