"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "Finalda psixoloji üstünlük həlledici olacaq"
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının finalında psixoloji üstünlük həlledici rol oyanayacaq.
Bunu "Sizinxeber.az"a açıqlamasında həlledici görüşə vəsiqə qazanan "Ordu" komandasının baş məşqçisi Cavid Süleymanov deyib.
Mütəxəssis yarımfinalda "Neftçi"yə qarşı keçirilən cavab oyununun çətinliyindən bəhs edib:
"İlk matçdakı 3:0 hesablı qələbə voleybolçularda müəyyən rahatlıq yaratmışdı. Rəqib isə itirəcəyi bir şey olmadığı üçün maksimum güclə oynayırdı. Çətin olsa da, sonda qələbə qazandıq. "Neftçi" bizə çox yaxşı müqavimət göstərdi. Oyunun bu qədər çətin keçəcəyini gözləmirdim. Xüsusən də servis və müdafiədə bəzi problemlər yarandı. Lakin komanda məsuliyyəti dərk etdi və 5-ci setdə qələbə qazanaraq finala yüksəldik".
O, "Xilasedici" komandası ilə final matçı haqqında da danışıb:
"Komandanı final görüşünə kökləməyə ehtiyac yoxdur. Voleybolçulara ağır oyundan sonra istirahət verilib. Finaldakı rəqibimizi yaxşı tanıyırıq, çətin komandadır, onlarla çempionatda dəfələrlə üz-üzə gəlmişik. "Xilasedici"nin yarımfinalı rahat keçməsi bizdə əlavə təzyiq yaratmır. Çünki onların yarımfinalda oynadığı "Murov Az Terminal"la 4 dəfə qarşılaşmışıq, bu matçların 3-də qələbə qazanmışıq. Final həyəcanı tam başqadır, psixoloji cəhətdən kim üstündürsə, həmin komandanın qalib gəlmək şansı daha çox olacaq. Onların heyətlə bağlı bəzi üstünlükləri olsa da, meydana çempionluq üçün çıxacağıq".
Cavid Süleymanov heyətdəki zədəli oyunçu barədə də məlumat verib:
"Əsas oyunçularımızdan biri olan Mərdan Məmmədovun son matçda ayaq barmağı çıxdı və bu, bizim üçün ciddi itkidir. Tibbi heyət onu finala qədər sağaltmağa çalışır. Digər oyunçularda xırda zədələr olsa da, bunlar bəhanə ola bilməz".
Qeyd edək ki, "Ordu" yarımfinalın hər iki matçında (3:0, 3:2) "Neftçi"ni məğlub edərək finala yüksəlib. Komanda finalda "Xilasedici" ilə üz-üzə gələcək.
Azərbaycan Yüksək Liqasında bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar bir oyundan ibarət olacaq.
Oxşar xəbərlər
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq
"Neftçi" basketbol klubunun baş məşqçisi: "Yarımfinaldakı rəqibimizə ən güclü tərəfimizi göstərəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
