Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir
sizinxeber.az xəbər saytı

Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir


Azərbaycan və Çinin Sıçuan əyaləti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan Əyalət Komitəsinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Y.Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə danışıb.

CCPIT-nin Sıçuan Şurasının və Siçuan Beynəlxalq Ticarət Palatasının prezidenti xanım Lyu Furonq təmsil etdiyi qurumun fəaliyyəti, Sıçuan əyalətinin iqtisadi potensialı və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Görüş zamanı "yaşıl enerji", qida, içki və kənd təsərrüfatı sənayesi, logistika və təhsil sahələrində potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşı tərəf Azərbaycanı cari ildə Sıçuanda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak etməyə, həmçinin sənaye parklarının fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Bu müstəvidə, birgə sənaye parklarının yaradılması sahəsində təcrübə mübadiləsi, eləcə də insan kapitalının inkişafı və sözügedən istiqamət üzrə təlimlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan Çinlə tekstil sənayesi və elektron ticarət tərəfdaşlığını müzakirə edib
AZPROMO və Çexiya Sənaye Konfederasiyası Anlaşma Memorandumu imzalayıb
Azərbaycanla Pakistan əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər