Tramp: İsrail Livana hücum etsə belə, İranla razılaşma pozulmaya bilər
ABŞ Prezidenti Donald Trampın fikrincə, İsrail Livana hücum etsə də, İranla razılaşma qüvvədə qala bilər.
APA xəbər verir ki, Tramp bu barədə Qətər Əmiri ilə görüşü zamanı ona ünvanlanan suala cavabında deyib.
“Bu müharibə (Livan) kiçik müharibədir. İrandakı isə böyük idi”, - Tramp bildirib.
Tramp anlaşmanın elan olunmasından bir az əvvəl İsrailin Livana hücum etməsindən narazı qaldığını diqqətə çatdırıb: “Mən bunu onlara (israillilərə) demişəm. Bunu xoşlamadım, heç xoşlamadım”.
ABŞ lideri İsrailin Baş naziri Benyamin Netanyahunu Livanla münasibətdə daha məsuliyyətli olmağa çağırıb: “Mən olmasaydım, indi İsrail yox idi. Çünki məndən başqa heç bir prezident mənim etdiklərimi etmək istəmədi”.
Tramp Livanda çox sayda insan tələfatından şikayətlənib. O qeyd edib ki, İsrailin “Hizbullah”la müharibəsi həddən artıq uzun çəkib.
“Hər dəfə bir nəfəri axtaranda, bütöv bir binanı yerlə-yeksan etmək lazım deyil. Çünki bu binalarda çoxlu insanlar var və onlar “Hizbullah” üzvləri deyil. Mən İsrailə dedim ki, qoyun “Hizbullah”la Suriya maraqlansın. Məncə, suriyalılar “Hizbullah” məsələsi ilə daha uğurlu şəkildə məşğul olarlar”.
Oxşar xəbərlər
KİV: Tramp İranla müharibənin bitməsi üçün daha çox kompromisə hazırdır
Tramp İsrail və Livan liderlərini Ağ Evə dəvət edib
Tramp: İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir
Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edəcəyini istisna etməyib
Makron: İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
