Fidan Rusiyada keçirdiyi görüşlərdə Türkiyənin Cənubi Qafqazda sülh səylərinə dəstəyini yeniləyib
sizinxeber.az xəbər saytı

Fidan Rusiyada keçirdiyi görüşlərdə Türkiyənin Cənubi Qafqazda sülh səylərinə dəstəyini yeniləyib


Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyada keçirdiyi görüşlərdə ölkəsinin Cənubi Qafqazda sülh və rifahla bağlı səylərə dəstəyini yeniləyib.

"Report" xəbər verir ki, Fidan bu barədə "X" sosial media hesabında Rusiyaya səfərinə dair etdiyi paylaşım bildirib.

O qeyd edib ki, bu çərçivədə "3+3" regional əməkdaşlıq platformasının önəmli potensialı var.

H. Fidan həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Türkiyənin ev sahibliyi edə biləcəyini keçirdiyi görüşlərdə vurğuladığını diqqətə çatdırıb.

Qeyd edək ki, Fidan Kazana səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinvə həmkarı Sergey Lavrov daxil olmaqla, bir sıra görüşlər keçirib.

Oxşar xəbərlər

Fidan və Lavrov Rusiyada danışıqlar aparacaqlar
Hakan Fidan Rusiyaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib
Hakan Fidanın Rusiyada müzakirə edəcəyi məsələlər açıqlanıb
Hakan Fidan Moskvada Putinin köməkçiləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər