Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
sizinxeber.az xəbər saytı

Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"


Azərbaycan halal iqtisadiyyatın inkişafını strateji əhəmiyyətli iqtisadi istiqamət kimi qiymətləndirir.

"Report" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

"Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları əlaqələndirən həlqə rolunu oynayır. Ölkədə biznes mühitin yaxşılaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə və innovasiyaların təşviqinə yönəlmiş islahatlar halalyönümlü biznes və investisiyalar üçün əlverişli şərait yaradır", - O.Məmmədov vurğulayıb.

O qeyd edib ki, bu gün halal iqtisadiyyat qlobal bazarın ən dinamik inkişaf edən seqmentləri sırasındadır.

"Halal iqtisadiyyat qida sənayesinin hüdudlarını əhəmiyyətli dərəcədə aşıb və hazırda maliyyə sektoru, əczaçılıq, kosmetika sənayesi, turizm, logistika, rəqəmsal texnologiyalar və bir sıra digər istiqamətləri əhatə edir. Dünya üzrə milyardlarla istehlakçıdan ibarət bazara xidmət edən halal iqtisadiyyat investisiyalar, sahibkarlıq fəaliyyəti, ticarət əməliyyatları və innovasiyalar üçün nəhəng perspektivlər yaradır. Lakin bu ekosisitemin potensialının tam üzə çıxarılması üçün dərin beynəlxalq əməkdaşlıq zəruridir. Standartlaşdırma, sertifikatlaşdırma, bazarlara çıxış, maliyyə təminatı, rəqəmsal transformasiya və dəyər yaratma zəncirlərinin qurulması ilə bağlı məsələlər yalnız bir ölkənin səyləri ilə həll oluna bilməz", - O.Məmmədov deyib.

Onun fikrincə, bunun üçün kollektiv liderlik, vahid baxış və əlaqələndirilmiş fəaliyyət lazımdır.

"Halal iqtisadiyyatın mühüm hərəkətverici qüvvəsi İslam maliyyələşdirməsidir. Etik prinsiplər, risklərin bölüşdürülməsi və iqtisadiyyatın real sektoru ilə bağlılıq üzərində qurulmuş maliyyə sistemi olaraq, İslam maliyyəsi halal biznesə, ilk növbədə, kiçik və orta müəssisələrə (KOM) əhəmiyyətli dəstək göstərmək qabiliyyətinə malikdir. Halal sənayenin iştirakçıları ilə İslam maliyyə təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi investisiyaların cəlb edilməsinə, ticarət proseslərinin sadələşdirilməsinə və üzv ölkələrimizdə davamlı inkişaf üçün yeni zəminlərin formalaşdırılmasına imkan verəcək", - KOBİA rəhbəri əlavə edib.

Oxşar xəbərlər

Orxan Məmmədov: "Azərbaycan regional halal sənaye üçün potensial bir mərkəzə çevrilə bilər"
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
Orxan Məmmədov: "Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər