Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
"Avropa İttifaqı yeni genişlənməyə hazır deyil, yalnız onun illüziyasını yaratmaq üçün yol axtarır".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, genişlənmə prosesi ilə bağlı olan dəyişikliklər yalnız institusional məsələlərə aid deyil, Aİ-nin fundamental prinsiplərinə də təsir edə bilər.
Boçorişvili qeyd edib ki, Gürcüstan üçün Aİ-nin gələcək genişlənmə perspektivlərini qiymətləndirmək xüsusilə çətindir.
"Gürcüstan namizəd statusunu alıb, lakin Avropa İttifaqı namizəd ölkə ilə bir neçə ay ərzində dialoqu dayandırdı. Avropa İttifaqı üçün hətta qanunvericilik məsələləri üzrə dialoqa daxil olmaq çətindir. Bəzi ölkələr və qüvvələr dialoqun bərpası üçün ilkin şərtlər irəli sürməyə çalışırlar ki, bu da tamamilə qəbuledilməzdir", - XİN başçısı əlavə edib.
Qeyd edək ki, Aİ-nin beş üzvü - Almaniya, Fransa, Belçika, Niderland və Lüksemburq təşkilatda yeni üzvlərin ilk növbədə xarici və müdafiə siyasəti sahələrində səsvermə hüququnun məhdudlaşdırılmasını təklif edib.
Oxşar xəbərlər
XİN başçısı: Gürcüstan Aİ ilə danışıqlara hazırdır
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Almaniya səfiri: Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır
Boçorişvili: Gürcüstan 3+3 formatına qoşulmağı nəzərdən keçirmir
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
