DÇ-2026: İngiltərə Xorvatiyanın qapısına 4-cü qolu vurub - YENİLƏNİR-7
sizinxeber.az xəbər saytı

DÇ-2026: İngiltərə Xorvatiyanın qapısına 4-cü qolu vurub - YENİLƏNİR-7


Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər hesabdakı üstünlüklərini bir qədər də artırıblar - 4:2.

85-ci dəqiqədə Markus Reşford fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 3:2.

47-ci dəqiqədə Cud Bellinqem fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında hesabdakı bərabərlik davam edir- 2:2.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında tərəflər fasiləyə bərabərliklə yollanıblar - 2:2.

Xorvatiyanın heyətində 45+5-ci dəqiqədə Peter Musa "status-kvo"nu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 2:1.

42-ci dəqiqədə Harri Keyn dubl müəllifi olub.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında xorvatlar hesaba tarazlıq gətiriblər- 1:1.

36-cı dəqiqədə Martin Baturina fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər hesabda irəli çıxıblar - 1:0.

12-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyunu başlayıb.

"Report"un məlumatına görə, L qrupunun I turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Oxşar xəbərlər

DÇ-2026: İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub - YENİLƏNİR-6
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - YENİLƏNİR-4
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
DÇ-2026: Almaniya Kurasaonun qapısına 7-ci qolu vurub - YENİLƏNİR-10
DÇ-2026: Niderland Yaponiya ilə matçda yenidən öndə - YENİLƏNİR-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər