Boçorişvili: Avroparlamentin Gürcüstanla bağlı qətnamələri milli maraqlarımıza qarşı yönəlib
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Avropa Parlamentinin (AP) Gürcüstanla bağlı qəbul etdiyi qətnamələri tənqid edərək, bu sənədlərin ölkənin milli maraqlarına zərər vurmaq və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bildirib.
Report xəbər verir ki, nazir bu barədə "İmedi LIVE" verilişində danışıb.
Onun sözlərinə görə, AP-nin qətnamələrinin hüquqi və siyasi baxımdan ciddi təsir gücü olmasa da, Gürcüstan tərəfi onları tamamilə diqqətdən kənarda qoya bilməz.
"Bu sənədlər müəyyən dairələrin formalaşdırdığı yanlış və təhrif olunmuş narrativlərə əsaslanır. Məqsəd Gürcüstanın maraqlarına zərər vurmaq və ölkənin nüfuzunu sarsıtmaqdır. Onların siyasi çəkisi olmasa da, bu cür yanaşma bizim üçün qəbuledilməzdir", - Boçorişvili bildirib.
Nazir qeyd edib ki, bəzi Avropa siyasətçilərinin illərdir davam edən kampaniyası Gürcüstanın milli maraqlarına qarşı yönəlib.
M.Boçorişvili AP-nin deputatı Rasa Yukneviçienenin Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı videomüraciətinə də münasibət bildirib. O qeyd edib ki, Aİ-nin genişlənmə siyasətinin 2022-ci ildə yenidən aktuallaşması Ukraynadakı müharibədən sonra geosiyasi zərurətlə bağlı olub.
Nazirin sözlərinə görə, bir müddət Avropa Komissiyasının (AK) strukturunda hətta genişlənmə üzrə komissar vəzifəsi də mövcud olmayıb və Aİ-nin genişlənməsi prioritet hesab edilmirdi.
"Bu gün cəmiyyətimiz həmin proseslərin hansı məqsədlərlə həyata keçirildiyini daha dərindən təhlil etməlidir", – o vurğulayıb.
Boçorişvili Aİ-yə inteqrasiyanın Gürcüstan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
"Avropa İttifaqına inteqrasiya bizim tariximizə, mədəniyyətimizə və kimliyimizə əsaslanan strateji seçimdir. Bu, həm ideoloji, həm də praktiki baxımdan Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir
Gürcüstanın xarici işlər naziri: Aİ qərar qəbul edərkən yanlış təsəvvürlərə əsaslanmamalıdır
Maka Boçorişvili: Aİ ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür
Gürcüstanın XİN başçısı: ABŞ hələ ölkəmizlə bağlı mövqeyini formalaşdırmayıb
Boçorişvili: Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
