IsDB: Üzv ölkələr arasında ortaq inkişaf hədəflərinə inamı gücləndiririk
İslam İnkişaf Bankı (IsDB) Qrupu üzv ölkələr arasında ortaq inkişaf hədəflərinə inamı gücləndirir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Qrupun 51-ci İllik Toplantısı çərçivəsində Qrupun Prezidenti Məhəmməd Əl-Casir bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələr və inkişafın müxtəlif mərhələləri üçün yanaşmalar fərqlidir: "Mən istəyirəm ki, rəhbərlərimiz evlərinə yalnız bankın imkanlarına deyil, həm də 57 üzv ölkə olaraq birlikdə nail olmaq istədiyimiz inkişaf hədəflərinə inamın daha da gücləndiyi ruh yüksəkliyi ilə qayıtsınlar. Üzv ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq, bu yanaşma eyni dərəcədə əhəmiyyətlidir.
Biz bu gün İslam İnkişaf Bankının Güzəştli Maliyyələşdirmə Fondunu da fəaliyyətə daxil etdik. Bu mexanizm əsasən ən az inkişaf etmiş 127 üzv ölkənin ehtiyaclarının qarşılanmasına xidmət edir. Ona görə də istərdim ki, rəhbərlərimiz geri döndükdə "Necə kömək edə bilərik? Necə töhfə verə bilərik?" sualını daha çox versinlər. Bəziləri artıq ciddi töhfələr verib, buna görə təşəkkür edirəm. Ümid edirəm ki, digərləri də bu nümunəni izləyəcəklər. Çünki rifah, əgər bölüşülmürsə, tam rifah sayıla bilməz. Buna görə də, bölüşənlərə təşəkkürümü bildirirəm, hələ paylaşmayanların isə bu prosesə qoşulmasını səbirsizliklə gözləyirəm. Mahiyyət etibarilə, istəyimiz odur ki, rəhbərlər instituta qarşı yenilənmiş inamla və daha güclü tərəfdaşlıq əzmi ilə geri qayıtsınlar. Borcalan ölkələr üçün isə IsDB məcburi seçim deyil, onların şüurlu şəkildə seçdiyi tərəfdaş olmalıdır. Ümid edirəm ki, evə aparacaqları əsas mesaj da məhz bu olacaq".
Oxşar xəbərlər
Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
IsDB: Azərbaycanla dəyəri 430 milyon dollardan çox olan iri layihə üzərində işləyirik
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
