Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində real nəticələr verməyə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.
Nazir bildirib ki, Azərbaycan nümunəsi bu əməkdaşlıq formatının nə qədər operativ işlədiyini nümayiş etdirir: "Nəticələr gözlədiyimizdən daha sürətli əldə olunur. Hətta bu günlərdə konkret layihələr üzrə sənədlər imzalanır və icraya yönəldilir. Söhbət tullantıların emalı müəssisələri, avtomobil yolları və digər infrastruktur layihələrinin maliyyələşdirilməsindən gedir".
M. Cabbarov vurğulayıb ki, İsDB təkcə maliyyə institutu deyil, həm də müxtəlif tərəfləri bir araya gətirən mühüm əməkdaşlıq platformasıdır: "Bu platforma çərçivəsində formalaşan əlaqələr yeni layihələrin və tərəfdaşlıqların yaranmasına əlavə imkanlar yaradır. Çoxtərəfli inkişaf banklarının hər hansı ikitərəfli əməkdaşlıq prosesində iştirakı layihələrin keyfiyyəti, etibarlılığı və məsuliyyət səviyyəsinə əlavə təminat verir. Beynəlxalq maliyyə institutlarının iştirakı tərəflər arasında etimadı artırır və yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır".
Oxşar xəbərlər
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
Mikayıl Cabbarov: "Qarabağın bərpasına ÜDM-in 3 %-i qədər yatırım edilir"
İqtisadiyyat naziri: "Layihələr mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır"
Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
-
İngiltərə millisinin futbolçusu Tino Livramento DÇ-2026-da meydana çıxa bilməyəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
