Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
Regional əməkdaşlıq Azərbaycanın uğurlu enerji keçidinin və "yaşıl enerji" sahəsində transsərhəd layihələrin inkişafının əsas amillərindən biridir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (ECO Clean Energy Center) icraçı direktoru Aysel Yaqubova İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, müasir şəraitdə enerji keçidini bir ölkə çərçivəsində həyata keçirmək mümkün deyil, çünki bu, daha böyük bazarların formalaşmasını, transsərhəd enerji infrastrukturunun inkişafını, texnologiya və innovasiyaların fəal mübadiləsini tələb edir.
A. Yaqubova qeyd edib ki, Azərbaycan son 15 il ərzində bərpa olunan enerji mənbələrinin inkişafını sistemli şəkildə təşviq edir, iqlim gündəliyi isə hələ COP29-un keçirilməsindən əvvəl ölkənin prioritetlərindən birinə çevrilib.
O, həmçinin Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında yaşıl enerji dəhlizlərinin yaradılması üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb: "Regional əməkdaşlıq ölkələrə təcrübə mübadiləsi aparmağa, uğurlu təcrübələri öyrənməyə və enerji keçidinin təşviqini sürətləndirməyə imkan verir".
Mərkəzin rəhbəri xatırladıb ki, Azərbaycan "ECO Clean Energy Center"in öz ərazisində yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib və müsabiqə seçiminin yekunlarına əsasən təşkilata ev sahibliyi edən ölkə seçilib.
Oxşar xəbərlər
Belçikada Cənubi Qafqazın yaşıl enerjiyə keçidi müzakirə olunub
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib
İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək
Staşa Koşarats: "Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
