FAKTİKİ HAVA: Bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır
Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır.
"Report" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan, Oğuz, Şamaxı, Xaçmaz, Tərtər, Göyçayda 2, Ceyrançöl, İsmayıllı, Ağsu, Qobustan, Xızı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Goranboy, Sabirabad, Lerik, Şahdağ, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.
İyunun 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Tovuzda 20, Daşkəsən, Naftalanda 18 m/s-yə çatıb.
Oxşar xəbərlər
Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA
Əksər rayonlarda şimşək çaxır, bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
Yağıntılı hava şəraiti davam edir, Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB
Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
