Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib
sizinxeber.az xəbər saytı

Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib


Moskvaya növbəti pilotsuz uçuş aparatı hücumu zamanı bir neçə dron Moskva Neft Emalı Zavodunu hədəfə alıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 33 PUA-nı məhv edib.

Dronlardan birinin qalıqları Moskvanın cənub-şərqində yerləşən ticarət mərkəzinin ərazisinə düşüb. Nəticədə binalardan biri cüzi zədələnib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Hücum fonunda Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sergey Sobyanin bildirib ki, Moskva istiqamətində PUA hücumu davam edir və Moskva Neft Emalı Zavoduna edilən zərbələrin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Oxşar xəbərlər

Ukrayna Moskvaya kütləvi dron hücumu edib, neft emalı zavodu vurulub
Moskva istiqamətində uçan 9 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva istiqamətində uçan 6 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva istiqamətində uçan 19 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB-1
Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər