"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 408 investor maraq göstərib
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar hər biri 5 milyon manatlıq olmaqla 2 tranşda çıxarılıb.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə investorlara təklif olunub və onlara 408 investor maraq göstərib. Belə ki, istiqrazların 1-ci tranşına 227 investor 9,088 milyon manatlıq 428 sifariş, 2-ci tranşına isə 181 investor 10,758 milyon manatlıq 398 sifariş təqdim edilib ki, müvafiq olaraq 224 investorun 425 sifarişi və 175 investorun 392 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.
1-ci tranşda istiqrazların müddəti 12 ay, illik faiz dərəcəsi 9 %, 2-ci tranşda isə istiqrazların müddəti 24 ay, illik faiz dərəcəsi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
Oxşar xəbərlər
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
ABB-nin istiqrazlarına 500-dən çox investor maraq göstərib
"Ferrum Kapital"ın istiqrazlarına 50 investor maraq göstərib
Azərbaycan şirkətinin istiqrazlarına 52 investor maraq göstərib
"Azərmaş Group"un istiqrazlarına 106 investor maraq göstərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
