"Şəfa"nın yeni transferi Murad Musayev: "Mənim üçün əsas olan pul yox, inam və güvəndir"
sizinxeber.az xəbər saytı

"Şəfa"nın yeni transferi Murad Musayev: "Mənim üçün əsas olan pul yox, inam və güvəndir"


"Şəfa"nın yeni transferi Murad Musayev üçün inam puldan daha önəmlidir.

31 yaşlı futbolçu bunu "Report"a açıqlamasında deyib.

O, paytaxt təmsilçisinə transferi barədə danışıb:

"Klubun düzgün yolda olması və buradakı insanların hamısını tanımağım onlara olan güvənimin və inamımın artmasında böyük rol oynadı. Təbii ki, klubun da mənə inanaraq bura dəvət etməsi qərar verməyimi daha da rahatlaşdırdı".

MTəcrübəli müdafiəçi "Qəbələ"dən ayrılmasının səbəblərini açıqlayıb:

"Uzun illər "Qəbələ"də oynamışam və orada çox gözəl xatirələrim var. "Qəbələ" hər zaman hörmət etdiyim bir klub olsa da, müəyyən səbəblərdən ayrıldım. Mənim üçün əsas olan pul yox, inam və güvəndir. İstəyimiz düzgün, sağlam bir komanda kimi formalaşmaq, hər oyunda əlimizdən gələnin ən yaxşısını ortaya qoyaraq inkişaf etməkdir".

Qeyd edək ki, Murad Musayev "Şəfa" ilə 1 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Şəfa" Murad Musayevlə müqavilə imzalayıb
"Qəbələ" Murad Musayevlə müqavilənin müddətini yeniləməyib
“Qəbələ”nin yeni transferi: “Heyətimizin keyfiyyətli olduğunu düşünürəm”
"Gəncə"nin yeni transferi: "Mənim hədəflərim klubun istəkləri ilə eynidir"
"Qəbələ" heyətinə daha bir futbolçu qatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər