Marneulidə Nizami Gəncəvinin vandalizmə məruz qalan büstü bərpa olunur
Gürcüstanın Marneuli şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin vandalizmə məruz qalan büstünün bərpasına başlanılıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Marneuli-Algeti avtomobil yolunun kənarında yerləşən abidənin üzərindəki mozaika elementləri və bəzək daşları naməlum şəxslər tərəfindən zədələnib.
Marneuli meriyası və digər aidiyyəti qurumlar hadisəni qətiyyətlə pisləyiblər. Marneuli meriyasının dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə büstün bərpası işlərinə start verilib. Bərpa işlərini GAK-ın Dmanisi rayon təşkilatının üzvü, tanınmış rəssam-inkrustator Qəşəm Süleymanov həyata keçirir.
Marneuli meri Daur İsmayılov, GAK sədri Hüseyn Yusubov və bələdiyyə məclisinin üzvləri aparılan işlərlə yerində tanış olublar.
D.İsmayılov bildirib ki, Nizami Gəncəvinin büstünün təhqir olunması onu bir vətəndaş kimi dərindən məyus edib: "Bu cür halları qətiyyətlə pisləyirik. Gürcüstan Azərbaycanlıları Konqresinin bərpa təşəbbüsü ilə çıxış etməsi təqdirəlayiqdir və Meriya bu təşəbbüsü dəstəkləyib. Hazırda abidənin əvvəlki görkəminə qaytarılması istiqamətində ciddi işlər aparılır".
H.Yusubov isə bildirib ki, Marneulidə Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin və dahi Azərbaycan mütəfəkkirlərinə göstərilən ehtiramın göstəricisidir.
Onun sözlərinə görə, Tbilisidə və Rustavidə Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirən abidələr, Tbilisi panteonunda isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, eləcə də Mirzə Fətəli Axundzadə və Mirzə Şəfi Vazehin məzarları yerləşir. Marneulidə isə Nizami Gəncəvinin və Nəriman Nərimanovun büstləri mövcuddur.
O əlavə edib ki, Gürcüstanın müvafiq dövlət qurumları tərəfindən büstün bərpası ilə bağlı yardım təklifləri daxil olsa da, GAK abidəni öz vəsaiti hesabına bərpa etmək qərarına gəlib. Bərpa işləri başa çatdıqdan sonra Nizami Gəncəvinin adı abidə üzərində Azərbaycan və gürcü dillərində həkk olunacaq.
Rəssam-inkrustator Q.Süleymanov isə bu işi təmənnasız gördüyünü bildirib: "Nizami Gəncəvi yalnız Azərbaycan və gürcü ədəbiyyatına deyil, bütövlükdə dünya mədəniyyətinə böyük töhfələr vermiş şəxsiyyətdir. Belə bir dahilərin abidəsini bərpa etmək mənim üçün böyük şərəfdir".
Yerli KİV-in məlumatına görə, büstü zədələməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun psixi probleminin olduğu bildirilir.
Oxşar xəbərlər
Adil Kərimli Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
Mədəniyyət naziri Adil Kərimli Nizami Gəncəvinin Romadakı abidəsini ziyarət edib
Gürcüstanın Marneuli-Bolnisi yolunda vəziyyət sabitləşib
Marneulidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Gürcüstanda bülletenləri kütləvi şəkildə qutulara atmaqda təqsirli bilinən iki nəfər həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
