Belarus Ukraynaya nota verib
sizinxeber.az xəbər saytı

Belarus Ukraynaya nota verib


Bu gün Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Məlumata görə, diplomata iyunun 17-də Rusiyanın Bryansk vilayətində Ukraynanın pilotsuz uçuş aparatı tərəfindən Belarus vətəndaşlarını, əsasən uşaqları daşıyan mülki avtobusa edilən dron hücumu ilə əlaqədar etiraz notası təqdim olunub.

Ukraynalı diplomatın diqqətinə çatdırılıb ki, hücum nəticəsində Belarus vətəndaşı ölüb, daha altı vətəndaş, o cümlədən beş uşaq yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Belarus Ukraynadan hərtərəfli izahat, eləcə də dərhal və obyektiv araşdırma aparılmasını, habelə bütün günahkarların ciddi məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb edib.

Oxşar xəbərlər

Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər
Litva Belarusa etiraz notası verib
Belarus TŞ Kiyevi hərbi əməliyyatların keçirilməsinə dair hüquqi normaları pozmaqda ittiham edib
Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Minsk Varşavaya nota göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər