Minq Çjan: Fövqəladə hallara müdaxilə mexanizmləri əvvəlcədən hazır olmalıdır
Fəlakətdən sonrakı bərpanın səmərəliliyi bilavasitə institusional mexanizmlərin hazırlığından və yerli hakimiyyət orqanlarının yerlərdə prosesləri əlaqələndirmə qabiliyyətindən asılıdır.
"Report"un məlumatına görə, bunu Dünya Bankının şəhər inkişafı və risklərin idarə edilməsi üzrə direktoru Minq Çjan WUF13 çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, səmərəli yanaşmalardan biri, xüsusilə aşağı sıxlıqlı tikinti rayonlarında mənzil sahiblərinə yönəlmiş bərpa modelidir.
Çjan qeyd edib ki, sıx şəhər tikintisi şəraitində bərpa prosesləri daha mürəkkəb podrat mexanizmləri və ciddi institusional hazırlıq tələb edir.
"Fəlakət baş verdikdə vacibdir ki, müdaxilə mexanizmləri artıq hazır olsun, sıfırdan yaradılmasın", - o vurğulayıb.
Dünya Bankının nümayəndəsi əlavə edib ki, Türkiyə və Çilinin təcrübəsi fövqəladə vəziyyətlərə və fəlakətlərə qarşı əvvəlcədən hazırlanmış müdaxilə sistemlərinin vacibliyini nümayiş etdirir.
O, həmçinin bələdiyyə infrastrukturunun bərpasında və zərərçəkmiş icmaların dəstəklənməsində yerli hakimiyyət orqanlarının rolunu xüsusilə qeyd edib.
Oxşar xəbərlər
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
Dövlətxan Dövlətxanov: "WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır"
IIED-nin tədqiqatlar üzrə direktoru köçkünlərə yanaşmanın dəyişdirilməsinə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
