ASCO AIIB ilə biznes proseslərinin optimallaşdırılmasını müzakirə edib
sizinxeber.az xəbər saytı

ASCO AIIB ilə biznes proseslərinin optimallaşdırılmasını müzakirə edib


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında biznes proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, rəqəmsal transformasiya kimi məsələlər müzakirə edilib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər ki, bu müzakirələr ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilovun Bankın nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Ə. Cəlilov qonaqlara şirkətin fəaliyyəti, donanmanın yenilənməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən layihələr, həmçinin gələcək prioritetlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycanın nəqliyyat-logistika potensialı, xüsusilə dəniz nəqliyyatının inkişaf perspektivləri, eləcə də gəmiçilik sektorunda mövcud çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı biznes proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, rəqəmsal transformasiya kimi məsələlər əsas diqqət mərkəzində olub və bu sahələrdə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

ADY AİİB ilə nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
ASCO 5 illik fəaliyyətinə dair hesabat hazırlayıb
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
ASCO gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər