Orxan Məmmədov: "Azərbaycan KOB-ların rəqabət qabiliyyətini artırır"
Azərbaycan kiçik və orta bizneslərin (KOB) rəqabət qabiliyyətini artırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün bizneslərin təxminən 99,7 %-ni təşkil edən KOB-ların dəstəklənməsi və onların regional və beynəlxalq bazarlara çıxışına şərait yaradılması əsas prioritetlərdən biridir: "Ölkəmiz Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən mühüm ticarət yollarının kəsişməsində yerləşir və bu mövqe ticarət, investisiya və biznes əməkdaşlığı üçün geniş imkanlar yaradır. Həyata keçirilən islahatlar və dəstək proqramları vasitəsilə sahibkarlığın gücləndirilməsi, ixracın artırılması, innovasiyaların təşviqi və KOB-ların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində ardıcıl işlər görülür. Azərbaycanın KOB-lara dəstək agentliyi olan KOBİA bu prosesdə müəssisələrin daha rəqabətqabiliyyətli olmasına, rəqəmsal həlləri mənimsəməsinə və yeni bazar imkanlarına çıxış əldə etməsinə dəstək verir".
O. Məmmədov bildirib ki, eyni zamanda, daha güclü tədarük zəncirlərinin formalaşması sərhədlərarası ünsiyyət və əməkdaşlığın genişlənməsini tələb edir: "Birgə səylərlə ticarət maneələri azaldıla, əlaqələr gücləndirilə və KOB-ların böyüməsi və uğur qazanması üçün daha əlverişli imkanlar yaradıla bilər".
Oxşar xəbərlər
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
Orxan Məmmədov: “Ticarət şəbəkələri və KOB-ların daha sıx əməkdaşlığı diqqətdə saxlanılmalıdır”
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
Orxan Məmmədov: "Azərbaycanda biznesin 99%-ni KOB-lar təşkil edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
