Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
sizinxeber.az xəbər saytı

Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər


Hörmüz boğazının təhlükəsiz gəmiçilik üçün minalardan təmizlənməsi 40-50 gün çəkə bilər.

Bu barədə "Reuters" agentliyi Qərb dəniz təhlükəsizliyi şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, yalnız bundan sonra sığorta şirkətləri, gəmiçilik operatorları və neft şirkətləri boğazdan keçidi kifayət qədər təhlükəsiz hesab edə bilərlər.

Agentlik qeyd edir ki, klassik mina təmizləyən gəmilər və yeni nəsil sualtı dronlarla aparılacaq təmizləmə işləri bir neçə həftə çəkə və bazara on milyonlarla barel neftin çatdırılmasında gecikmələrə səbəb ola bilər.

Oxşar xəbərlər

Starmer: Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir
İtaliya Hörmüzün minalardan təmizlənməsinə kömək etmək üçün dörd gəmi göndərəcək
İraq XİN: Neftin qiyməti 1 barel üçün 300 dollara çata bilər
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
Heqset: ABŞ Hörmüz boğazını 30 gün ərzində minalardan təmizləyə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər