Məhəmməd Əl-Casir DÇ-nin 1/4 finalına yüksələcək IsDB-yə üzv ölkənin komandasının formasını geyinəcəyini vəd edib
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl-Casir DÇ-nin 1/4 finalına yüksələcək IsDB-yə üzv ölkənin komandasının formasını geyinəcəyini vəd edib


İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatının (DÇ) 1/4 finalına yüksələməyi bacaracaq təşkilatın iştirakçı ölkələrindən istənilən yığmanı dəstəkləyəcəyinə söz verib.

"Report" xəbər verir ki, o, bu barədə Bakıda IsDB Qrupunun illik toplantıları zamanı bildirib.

"Təəssüf ki, dünya çempionatında iştirakçı ölkələrin futbol komandalarının çıxışlarını diqqətlə izləməyə vaxtım yoxdur. Lakin mən mütləq uşaqları dəstəkləyəcəyəm. Hətta dörddəbir finala kimi yüksələcək, təşkilatımıza üzv olan istənilən ölkənin formasını geyinəcəyəm", - M.Əl-Casir qeyd edib.

IsDB-nin sədri qeyd edib ki, idman iqtisadi əməkdaşlıq kimi qarşılıqlı anlaşmanı möhkəmləndirərək və dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün əlavə imkanlar yaradaraq ölkələri, xalqları birləşdirmək qabiliyyətinə malikdir.

Onun sözlərinə görə, təşkilata üzv ölkələrin ən böyük beynəlxalq idman turnirlərindəki uğurları qürur mənbəyidir və İslam dünyası dövlətlərinin təkcə iqtisadiyyat və maliyyə deyil, həm də digər sahələrdəki potensialını nümayiş etdirir.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə olaraq eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə İslam İnkişaf Bankı Qrupuna daxil olan bir sıra dövlətlər iştirak edir.

Oxşar xəbərlər

Məhəmməd Əl-Casir: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər