İslam İnkişaf Bankı: İnteqrasiya inkişaf və rifahın əsas vasitəsidir
Gördüyümüz və görə biləcəyimiz çox iş var. Bütün bunlar daha çox inteqrasiyaya, daha çox inkişafa və rifaha xidmət edir. Çünki son nəticədə insanların ümidə ehtiyacı var.
"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casser Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun sədri ilə açıq söhbət formatında görüş” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, ümidi yenidən canlandırmaq iqtisadi inkişaf prosesində son dərəcə vacibdir: "Əgər insanlarda ümid yaratmaq mümkün olmazsa, başqa heç nə kömək etməyəcək".
O bankın gördüyü işlərdən danışıb: "Qambiyada iki şəhər arasında yolun tikintisini maliyyələşdirdik. Əvvəllər bir şəhərdən digərinə avtomobillə getmək 12 saat çəkirdi, indi isə bu müddət cəmi 4 saata enib. Təsəvvür edin ki, bu, həmin iki şəhər arasında malların, xidmətlərin və insanların hərəkətinə necə təsir göstərir. Məhz bu, inteqrasiyadır. Yəni biz yalnız müxtəlif ölkələr arasındakı inteqrasiyadan danışmırıq, eyni cəmiyyət daxilində inteqrasiyadan da danışırıq.
Sədr inteqrasiyanın əhəmiyyətini də vurğulayıb: "Elə hallar var ki, bir bölgədə çoxlu ərzaq istehsal olunur, lakin bazara çatdırıla bilmədiyi üçün xarab olur, digər bölgələrdə isə insanlar aclıqla üzləşirlər. Buna görə də inteqrasiya fəaliyyətimizin əsas istiqamətlərindən biridir və gördüyümüz işlərin böyük hissəsində bu mövzuya rast gələcəksiniz. Məsələn, Seneqalın paytaxtı Dakar şəhərində insanların şəhər daxilində hərəkəti ilə bağlı ciddi problemlər var idi. Biz metro layihəsini maliyyələşdirdik. İlk il ərzində metro 100 milyondan çox sərnişinə xidmət göstərərək tam gücü ilə fəaliyyət göstərdi. Buna görə də dərhal onun genişləndirilməsinin maliyyələşdirilməsi üzərində işləməyə başladıq. İnsanların hərəkət imkanlarının genişlənməsinin iqtisadi inkişafa nə qədər böyük töhfə verdiyini təsəvvür edin. Bu, inkişafı mümkün edən əsas vasitələrdən biridir".
O əlavə edib ki, bəzi ölkələrdə orta ömür uzunluğu əhalinin sıx məskunlaşdığı ərazilərdə tikilən bir xəstəxananın sayəsində əhəmiyyətli dərəcədə artıb: "Biz bu kimi çoxsaylı layihələr həyata keçirmişik. Hətta qarşısı alına bilən korluq problemi də var. Bu, Afrikanın bəzi bölgələrində çox ciddi məsələdir. Bu sahədə xeyriyyəçilik əsasında da fəaliyyət göstərmişik. Üzv ölkələrdən olan oftalmoloqlar öz vaxtlarını könüllü olaraq ayırır, həmin bölgələrə gedərək əməliyyatlar aparır və kataraktaları aradan qaldırırlar ki, insanlar yenidən məhsuldar həyata qayıda bilsinlər".
Oxşar xəbərlər
Məhəmməd Əl-Casser: Azərbaycan transformasiya və tərəqqinin uğurlu nümunəsidir
İslam İnkişaf Bankının rəhbəri: Etimad böyük məsuliyyətdir
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
