Sahil Babayev: "Ötən il büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub"
sizinxeber.az xəbər saytı

Sahil Babayev: "Ötən il büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub"


2025-ci ildə Azərbaycanda fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 % təşkil edib və bu, 22 % səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz bəndi azdır: "İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 %-ə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb".

Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 %-i səviyyəsində olduğunu bildirib: "Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 % azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir".

Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb.

Oxşar xəbərlər

Sahil Babayev: "Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manat üstələyib"
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Maliyyə naziri: "Ötən il cari xərclərin 92 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Nazir: "İcmal büdcənin qeyri-neft baza kəsiri azalıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər