ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
ABŞ və İran arasında davam edən danışıqlarda tərəflərin razılaşmaya bir addım daha yaxınlaşdığı bildirilir.
CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri mümkün memorandumun virtual şəkildə imzalanması üçün hazırlıq görürlər.
Mənbələrin sözlərinə görə, elektron imzalanma variantı son anda yarana biləcək maneələrin qarşısını almaq və əldə olunan razılaşmanı daha sürətli rəsmiləşdirmək məqsədi daşıyır. Bu formatın seçilməsi həm də təhlükəsizlik və logistika məsələləri ilə əlaqələndirilir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın vaxtlarda imzalana biləcəyini bildirib. Pakistanın Baş naziri Şahbaz Şərif də tərəflərin sülh sazişi üzrə çərçivə razılaşmasına gəldiyini və elektron imzalanmanın yaxın 24 saat ərzində baş tuta biləcəyini açıqlayıb.
Lakin İran tərəfi imzalanma vaxtı ilə bağlı ehtiyatlı mövqe sərgiləyir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yekun qərarın hələ qəbul edilmədiyini bildirib və razılaşmanın tarixi ilə bağlı tələskən açıqlamalardan çəkinməyə çağırıb.
Qeyd edilir ki, tərəflər arasında əldə ediləcək memorandumun əsas məqsədi ABŞ və İran arasında gərginliyi azaltmaq, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini bərpa etmək və İranın nüvə proqramı ilə bağlı daha geniş danışıqlar üçün zəmin yaratmaqdır.
Bununla yanaşı, İran daxilində sərt mövqeli qüvvələrin razılaşmaya etiraz etdiyi bildirilir. Ekspertlər hesab edirlər ki, tərəflər razılaşmaya yaxın olsalar da, yekun sənədin imzalanması üçün hələ müəyyən siyasi maneələr qalır.
Oxşar xəbərlər
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
Fars: İran ABŞ-la razılaşmanın heç bir mətnini hələ təsdiqləməyib
Pakistan XİN sabah ABŞ ilə İran arasında sülhün imzalanacağına əmindir
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Azərbaycan bankı BOKT-a çevrildi
