UEFA Çempionlar Liqası: "Sabah"ın potensial rəqiblərinin sayı yeddiyə enib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

UEFA Çempionlar Liqası: "Sabah"ın potensial rəqiblərinin sayı yeddiyə enib - YENİLƏNİB


"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Sizinxeber.az"un məlumatına görə, Bakı klubunun mümkün rəqibləri yeddiyə düşüb.

Bunlar İrlandiyanın "Şemrok Rovers", Finlandiyanın "KuPS", Cəbəllüttariqin "Linkoln", Latviyanın "Riqa", Estoniyanın "Flora", Şimali İrlandiyanın "Larne" və Uelsin TNS klublarıdır.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

"Sizinxeber.az"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olur
UEFA Konfrans Liqası: "Zirə"nin I təsnifat mərhələsindəki potensial rəqibləri azalıb - YENİLƏNİB
UEFA Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bu gün müəyyənləşəcək
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər