Ərdoğan: 28 fevralda başlayan müharibə ilə bağlı mühüm bir addım atılıb
sizinxeber.az xəbər saytı

Ərdoğan: 28 fevralda başlayan müharibə ilə bağlı mühüm bir addım atılıb


Türkiyə hökuməti 7-8 iyulda Ankarada keçiriləcək NATO sammitinin hazırlıqlarını, xarici siyasətdə son günlərdə yaşanan hadisələri, İran böhranında əldə edilən razılaşmanı və bölgə üçün nəticələrini, xarici ticarətdəki aktual prosesləri ətraflı şəkildə dəyərləndirib.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

"28 fevralda başlayan müharibədə dünən gecə çox mühüm bir addım atılıb. Amerika və İran arasındakı münaqişələri sona çatdırmağa yönəlmiş razılaşmanın əldə olunduğu açıqlanıb. Beləliklə, bölgə rahat bir nəfəs almış olub", - Ərdoğan bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

İyunun 15-də isə tərəflər ilkin razılaşmanı imzalayıblar. Sənədin bəzi detalları açıqlanıb.

Oxşar xəbərlər

Qalibaf: Düşmən yeni müharibə axtarır
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir
"Tasnim": Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İran və İraqın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər