Əraqçi: Memorandumun bir tərəfində ABŞ və İsrail, digərində isə İran və "Hizbullah" dayanır
sizinxeber.az xəbər saytı

Əraqçi: Memorandumun bir tərəfində ABŞ və İsrail, digərində isə İran və "Hizbullah" dayanır


Tehran ABŞ və İsraili anlaşma memorandumunun bir tərəfi, İran və "Hizbullah"ı isə digər tərəfi kimi qiymətləndirir.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə akkreditə olunmuş xarici və beynəlxalq nümayəndəliklərin rəhbərləri, səfirlər və müvəqqəti işlər vəkilləri ilə görüşdə deyib.

"Burada vurğulamaq istədiyim vacib məqam budur ki, bizim nöqteyi-nəzərimizdən bu memorandumun tərəfləri bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran və "Hizbullah"dır", - o qeyd edib.

Əraqçinin sözlərinə görə, Livandakı müharibə və İsraillə İranın dəstəklədiyi "Hizbullah" qruplaşması arasında hərbi əməliyyatlar İran ətrafındakı münaqişə ilə sıx bağlı olub ki, bu da həmin istiqamətləri bir-birindən asılı vəziyyətə gətirib.

"İran ilk gündən Livandakı müharibənin dayandırılmasını ölkəyə qarşı döyüş əməliyyatlarına son qoyulması üçün zəruri şərt hesab edib", - XİN başçısı vurğulayıb.

Əraqçi həmçinin əlavə edib ki, bundan sonra İsrailin Livana qarşı həyata keçirəcəyi istənilən hərbi hücum İran tərəfindən anlaşma memorandumunun pozulması kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

ABŞ və İran arasındakı anlaşma memorandumunun bəzi bəndləri məlum olub
Əraqçi Cenevrə görüşü barədə: Memorandumun imzalanmasından sonra ilk raund danışıqları keçiriləcək
İran XİN başçısı Livanda səfərdədir
Netanyahu: İran və "Hizbullah"ın zərbələri zamanı İsrail özünümüdafiə hüququndan istifadə edəcək
Əraqçi: ABŞ ilə memorandumun pozulması yekun razılaşmanın iflasına səbəb olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər