Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verib.
Bu barədə "Report" təşkilatçılara isitinadən xəbər verir. "Dayanıqlı rifahnamina regional inteqrasiya" mövzusu altında keçirilən IsDB Qrupunun - Qlobal Cənubun "AAA" reytinqli çoxtərəfli inkişaf institutunun - bu əsas tədbirinə IsDB Qrupunun 57 üzv ölkəsindən və onların hüdudlarından kənardakı siyasətçilər, inkişaf sahəsinin mütəxəssisləri və maliyyə liderləri bir araya gəlib.
Bu ilin mövzusu dayanıqlı inkişafın və ortaq rifahın hərəkətverici qüvvəsi kimi regional inteqrasiyanın artan əhəmiyyətini əks etdirir. Bu, IsDB Qrupunun regional inteqrasiyanı üzv ölkələrində inklüziv, davamlı və dayanıqlı inkişafın təşviqi üçün fundamental sütun kimi müəyyən edən Onillik Strateji Çərçivəsi (2026–2035) ilə sıx uzlaşır. 2026-cı ilin İllik Toplantıları Azərbaycanın son 16 ildə IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ikinci dəfə ev sahibliyi etməsini qeyd edir. Əvvəlki ev sahibliyi 2010-cu ildə həyata keçirilmişdi.
Toplantılara maliyyə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq inkişaf sahələrinə cavabdeh nazirlər, həmçinin aparıcı beynəlxalq maliyyə institutlarının, qlobal inkişaf təşkilatlarının və strateji tərəfdaşların yüksək səviyyəli nümayəndələri qatılır. Bu tədbir ümumi inkişaf prioritetlərinin həllinə və dayanıqlı sosial-iqtisadi tərəqqinin irəlilədilməsinə yönəlmiş dialoq, əməkdaşlıq və bilik mübadiləsi üçün yüksək səviyyəli platforma təmin edir. Toplantılar ərzində iştirakçılar uzunmüddətli qlobal inkişafa və davamlılığa töhfə verən innovativ və praktik həllərin müəyyən edilməsinə diqqət yetirməklə, yaranan inkişaf çağırışları və imkanları üzrə əhəmiyyətli müzakirələr aparacaqlar. Proqram İdarə Heyətlərinin nizamnamə toplantılarını, IsDB Qrupunun sədri ilə "Fireside Chat" söhbətini, Qubernatorların Dialoqunu, IsDB Qrupunun Özəl Sektor Forumunu, Çoxtərəfli İnkişaf Bankları Biznes İmkanları Forumunu, Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Özəl Sektor Sessiyasını, həmçinin bir sıra yüksək səviyyəli dəyirmi masaları, şəbəkələşmə imkanlarını, sərgiləri və bilik mübadiləsi tədbirlərini əhatə edir. Birlikdə bu tədbirlər İslam maliyyəsi, gənclərin məşğulluq qabiliyyəti, davamlılıq və iqlim adaptasiyası, halal ekosisteminin inkişafı, regional enerji birləşmələri, ticarət və əlaqəlilik, süni intellekt və rəqəmsal iqtisadiyyatlar, innovasiya və startaplar, etiketli sükuk, regional sağlamlıq təhlükəsizliyi, sosial müdafiə sistemləri və digər aktual inkişaf çağırışları daxil olmaqla, əsas inkişaf prioritetlərini araşdıracaq.
Oxşar xəbərlər
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib
