Azərbaycanda "yaşıl büdcə" ilə bağlı məlumatlılığı artırmaq təklif olunur
2025-ci il dövlət büdcəsi ilə bağlı təqdim olunan sənədlərdə "yaşıl büdcə" ilə bağlı daha müfəssəl məlumatlara rast gəlinmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Təbii resurslardan istifadəyə və ekoloji ödənişlərə görə büdcəyə daxil olan hər bir vəsait birbaşa həmin resursların bərpasına və ölkədə "sıfır tullantı" fəlsəfəsinin formalaşmasına xidmət etməlidir. Dövlət əsaslı vəsait qoyuluşlarının səmərəliliyi qiymətləndirilərkən layihələrin icra sürəti və keyfiyyəti xüsusi nəzarətdə saxlanılmalıdır. Su idarəçiliyi, tullantıların effektiv idarə olunması və alternativ enerji şəbəkələrinin inteqrasiyası sahəsində mümkün ləngimələr "yaşıl zona" konsepsiyasına mənfi təsir göstərə bilər. Bu baxımdan, hökumətin əsaslı vəsait qoyuluşu siyasətində ekoloji komponent hər zaman əsas meyar kimi qəbul edilməlidir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Sadiq Qurbanov: “Gələcəkdə "yaşıl büdcə" yanaşmaları Hesablama Palatasının yoxlamalarında əsas istiqamətdən birinə çevrilməlidir”
Hesablama Palatası: "Büdcə sistemi haqqında" qanuna yenidən baxılmalıdır
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Sahil Babayev: "Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manat üstələyib"
Komitə sədri: “Enerji səmərəliliyi dünyanın ən böyük problemlərindən biridir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
