Elvin Məmmədov: "Uşaqlar ağ kağızdır, məşqçi onlara düzgün yol göstərməlidir"
Uşaq futbolu yaralı yerimizdir, amma bunu düzəltmək çox asandır.
Bu barədə "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov "Sizinxeber.az"a açıqlamasında deyib.
37 yaşlı mütəxəssis uşaq futbolu ilə bağlı problemlərdən söz açıb:
"Uşaq futbolu yaralı yerimidir. Amma bunu düzəltmək çox asandır. Bəzən qlobal düşünürük. Ən birinci biz məşqçilər özümüzü düzəltməliyik. Məşqçilərdə də problemlər var. Dediklərimi birmənalı qarşılamaya bilərlər. Bunun içində mən də varam. Problem məşqçilərdədir. Çünki uşaqlar ağ kağızdır. Sən ona hansı yönü göstərsən, onu da edəcək. Bizim yaralı yerimiz idi, uşaq vaxtı "topu qabağa vur" deyirdilər. Amma biz "ikinci mərtəbə"də oynamağı bacara bilmərik. Uşaqlara texnikanı aşılamaq lazımdır. Bunun üçün akademik olmaq lazım deyil".
E.Məmmədovun sözlərinə görə, uşaqların öyrədilməsində əsas rol məşqçilərindir:
"Ölkəmizdə aşağı yaş qruplarında valideyn təzyiqi də var. Məşqçilər də buna görə problemlərlə üzləşirlər. Məşqçilərə də doğru yol göstərilməlidir. Avropa təcrübəsi olsa, lap yaxşı olar. Orada gördüklərimizi gəlib ölkəmizdə tətbiq edərdik. Aşağı yaş qruplarının beynəlxalq turnirlərdə iştirakı da çox vacibdir. Hər bir klubumuz aşağı yaş qruplarını lazımi avadanlıqlarla təmin edir. Sadəcə, məşqçilər düzgün yönləndirməlidirlər. 9-13 yaş aralığında texnika artıq aşılanmalı, öyrədilməlidir. Onlar üçün prioritet çempionluq olmamalıdır. 9 yaşında çempion olsan, nə dəyişəcək? 15 yaşında ötürmə verə bilməyəndə, təzədən təməl prinsiplərə qayıdırsan. "Neftçi"nin aşağı yaş qruplarında yaxşı gənclər var. Baş məşqçisi olduğum U-17 komandasında 4-5 futbolçu var ki, onların perspektivini yüksək görürəm. Aşağı yaş qruplarındakı millilərə də dəvət alırlar. Həmin uşaqlar əsas komandaya namizəddirlər. Bizim əsas işimiz məhz bundan ibarət olmalıdır".
Baş məşqçi "Neftçi"nin U-17 komandası ilə çempion olmaları barədə də danışıb:
"Futbolçu kimi çempion olmuşdum. Amma məşqçi kimi bu hissi yaşamamışdım. Bu, tam başqa hissdir. Gənc futbolçularla işləmək daha məsuliyyətlidir. Üstündən neçə həftə keçsə də, həmin hisslər qalır. İşin bəhrəsini görmək bizi sevindirir. Məşqçiliyə yeni başladığımı deyə bilərəm. Nələrisə öyrənməyə, təcrübəmi artırmağa çalışıram. Zaman keçdikcə daha çox inkişaf etmək istəyirəm. Mənə göstərilən etimada görə kluba təşəkkür edirəm. Öz təcrübəmi oyunçularla bölüşməyə çalışdım".
Oxşar xəbərlər
Şahin Diniyev: "Yıxılana balta vurmaq çox asandır, tək günahkar milli komandamız deyil"
Məşqçilər Komitəsi AFFA-ya hesabat təqdim edib
Şamaxıda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Xətai rayonunda Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub
Bakıda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
