Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
sizinxeber.az xəbər saytı

Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"


Qarşıdakı illərdə Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olacaq.

"Report"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə aqrar sektorda mövcud vəziyyət ətraflı təhlil edilib, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində əsas vəzifələr müəyyənləşdirilib.

V.Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən bugünkü müşavirədə Dövlət Proqramının icrası çərçivəsində görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunur.

"Proqramın əsas məqsədi kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsal və emal imkanlarını genişləndirmək, sahibkarlığın inkişafını təşviq etmək, habelə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə əlavə töhfə verməkdir", – deyə xüsusi nümayəndə vurğulayıb.

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər