Komitə sədri: “Enerji səmərəliliyi dünyanın ən böyük problemlərindən biridir”
sizinxeber.az xəbər saytı

Komitə sədri: “Enerji səmərəliliyi dünyanın ən böyük problemlərindən biridir”


Enerji səmərəliliyi bu gün dünyanın ən böyük problemlərindən biridir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Onun sözlərinə görə, enerji istehsalı və enerji səmərəliliyi sahəsində Azərbaycanda ciddi fəaliyyətlər həyata keçirilir: “Bu mövzuda bir neçə dəfə müzakirələr aparmışıq. Bununla bağlı dəyirmi masa təşkil etməyi planlaşdırırıq”.

Deputat qeyd edib ki, onlar Energetika Nazirliyi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin günəş elektrik stansiyasına baş çəkəcək və orada fikirlərini bölüşəcəklər: “Elmlər Akademiyasının müvafiq mütəxəssisləri ilə də əməkdaşlıq edərək, “Yaşıl dünya, müstəqil Azərbaycan və yeni reallıqlar” mövzusunda konfrans təşkil edə bilərik”.

O bildirib ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planına COP29-da əldə olunan qərarların həyata keçirilməsi üçün müzakirələr daxil edilib: “COP29 hədəflərinə çatmaq üçün maliyyə vəsaiti ayrılıb. Azərbaycan bu istiqamətdə öz töhfəsini verməyə davam edir. Biz də Azərbaycanda bu istiqamətə müvafiq qanunlarda dəyişikliklər edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparmalıyıq”.

Oxşar xəbərlər

Sadiq Qurbanov: “Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Sadiq Qurbanov: "500 sahibkar nazirliyə yaşıllıqlarla bağlı müraciət edib"
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər