AMB: Ani Ödənişlər Sistemində əməliyyatların sayı 5 ildə 86 dəfə artıb
Ani Ödənişlər Sistemində (AÖS) icra edilən əməliyyatların həcmi son beş il ərzində 86 dəfə artıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.
Onun açıqlamasına əsasən, 2021-2025-ci illər arasında sistem daxilində emal edilən əməliyyatların sayı təqribən 116 mindən 10 milyona yaxın həddə çatıb:
"Həmin dövrdə əməliyyatların ümumi məbləği isə 281 milyon manatdan 2,6 milyard manata qalxaraq 9,3 dəfə artıb. Xüsusi vurğulanmalı məqam budur ki, 2021–2024-cü illərdə inkişaf sabit və mütəmadi xarakter daşıyıb, hər bir-iki il ərzində əməliyyatların həcmi təxminən iki qat genişlənib. Ancaq 2025-ci il bu prosesdə dönüş mərhələsi kimi dəyərləndirilir. Belə ki, əməliyyatların sayı 2024-cü illə müqayisədə 12 dəfədən çox artıb. Bu sıçrayışın başlıca amili P2P köçürmələrinin AÖS platforması üzərindən emalına keçidin həyata keçirilməsi olub.
2026-cı ildə də yüksələn tendensiya davam edir. Yanvar ayında sistem daxilində 312 milyon manat dəyərində 2,1 milyon əməliyyat icra olunub, aprel ayında isə 940 milyon manat həcmində 9,8 milyon əməliyyat olub. Beləliklə, dörd aylıq müddət ərzində əməliyyat sayında 4,6 dəfə, məbləğ üzrə isə 3 dəfə yüksəliş müşahidə edilib. Müqayisə məqsədilə qeyd olunmalıdır ki, 2026-cı ilin ilk dörd ayı ərzində emal olunan ümumi məbləğ 2,23 milyard manat olub ki, bu da 2025-ci ilin bütöv illik göstəricisinin 85 %-inə bərabərdir. Aprel ayı isə hər iki parametr üzrə yeni aylıq rekord olaraq tarixə düşüb".
T. Acırqayev qeyd edib ki, 2025-ci ildə ödəniş strukturu fiziki və hüquqi şəxslərin köçürmələri, hesab-faktura, xəzinə, əməkhaqqı və QR ödənişləri kimi fərqli kateqoriyalar üzrə təşəkkül tapıb: "Bununla yanaşı, bir sıra istiqamət əməliyyat həcmi baxımından aparıcı mövqe tutub. Bu bölünmə təkcə əməliyyat sayını deyil, ödənişlərin hansı sahələrdə təmərküzləşdiyini də əks etdirir. 2026-cı ilin ilk dörd ayının yekunları göstərir ki, fiziki şəxslər arasında aparılan P2P ödənişləri həm məbləğ, həm də əməliyyat sayı üzrə hakim mövqeyini saxlayıb. Hesabat dövründə bu kateqoriya çərçivəsində 19,3 milyon əməliyyat reallaşdırılıb ki, bu da ümumi əməliyyatların 95,5 %-ini əhatə edib."
Oxşar xəbərlər
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri cüzi azalıb
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 30 % artıb
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
