Sahil Babayev: "Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manat üstələyib"
2025-ci ildə Azərbaycanda dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 milyon manat çox icra olunmaqla, 20,4 milyard manat təşkil edib və büdcə gəlirlərinin 52 %-i olmaqla, 2024-cü ilin göstəricisini 756 milyon manat üstələyib: "Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 %-ə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73,4 %-i qeyri-neft, 4,4 milyard manatı və yaxud 26,6 %-i neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub".
S.Babayev qeyd edib ki, hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu məbləğdə, yəni 14,5 milyard manat transfert edilib.
Oxşar xəbərlər
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 2 %-dən çox artıb
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 6 %-dən çox artıb
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu 9 %-ə yaxın üstələyib
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
