Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
2025-ci ildə Azərbaycanda regionların dövlət büdcəsindən asılılığı daha da azalıb.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub: "İcmal büdcə xərcləri qeyri-neft-qaz ÜDM-in 48,4 %-nə bərabər olub, regionların büdcədən asılılığı daha da azalıb. Naxçıvana dotasiya proqnozla nisbətdə 55 milyon manat az - 160 milyon manat icra olunub. Dotasiyadan asılılıq rayonlarımızda da azalıb və cəmi dörd rayona 1,5 milyon manat dotasiya verilib".
"İcmal büdcə xərclərinə nəzər saldıqda, bu rəqəm 44,7 milyard manat - 2024-cü illə müqayisədə 1,8 milyard manat daha çox icra olunub. Onun ÜDM-də payı 34,6 %, qeyri-neft-qaz ÜDM-də payı isə 48,4 % olub. Dövlət büdcəsinin xərcləri 38,6 milyard manat, ÜDM-də payı 29,9 %, qeyri-neft-qaz ÜDM-də payı isə 41,8 % icra olunub. Cari xərclərimiz 22,1 milyard manat və yaxud dövlət büdcəsinin 57,3 %-i qədər icra olunub, 2024-cü illə müqayisədə 774 milyon manat çox vəsait xərclənib. Əsaslı xərclərimiz 14,4 milyard manat icra olunub, bu dövlət büdcəsinin xərclərinin 37,3 %-nə bərabərdir. Dövlət borclarına xidmətlə bağlı xərclərimiz isə 2,1 milyard manat və ya dövlət büdcəsinin 5,4 % həddində icra olunub".
Oxşar xəbərlər
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
Naxçıvanın büdcəsinə ayrılan dotasiya 43 %-dən çox azalıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 15 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
