İsrail Ordusunun İranla silahlı qarşıdurma üçün hazırlıq səviyyəsi açıqlanıb
sizinxeber.az xəbər saytı

İsrail Ordusunun İranla silahlı qarşıdurma üçün hazırlıq səviyyəsi açıqlanıb


İsrail Müdafiə Ordusu (IDF) İrana qarşı ən azı daha bir neçə gün döyüş əməliyyatlarına və potensial olaraq müharibənin tammiqyaslı bərpasına hazırdır.

"Report"un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti IDF-dəki mənbələrə istinadən xəbər verir.

"İsrail Müdafiə Ordusu hesab edir ki, hərbi əməliyyatlar daha bir neçə gün davam edəcək, lakin uzunmüddətli münaqişəyə də hazır olduğunu vurğulayır", - qəzet qeyd edib.

Bildirilib ki, ötən gecədən etibarən İran İsrailə ən azı 20 ballistik raket atıb. İsrail hərbçilərinin məlumatına görə, onlar ya ələ keçirilib, ya da açıq əraziyə düşüb. Bundan başqa, Yəmənin "Ənsar Allah" (husilər) qruplaşması bu gün səhər İsrailə iki ballistik raket buraxıb. IDF-nin məlumatına görə, onlardan biri ələ keçirilib, digəri isə ölkə ərazisinə çatmayıb.

Raket hücumlarına cavab olaraq İsrail İran ərazisinə həyata keçirdiyi iki zərbə dalğası çərçivəsində ölkənin qərb və mərkəzi hissəsindəki doqquz HHM sisteminə zərbə endirib. Səhər saatlarında İsrail HHQ İranın cənub-qərbindəki neft-kimya kompleksinin üç zavoduna hücum edib.

Hərbçilər qeyd edir ki, zərbələr yalnız İsrail HHQ tərəfindən endirilir, lakin əməliyyatlar ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə əlaqələndirilir. ABŞ hərbçiləri də İranın İsrailə buraxdığı raketlərin ələ keçirilməsində iştirak edib.

Qəzet qeyd edib ki, İsrail Müdafiə Ordusunun baş qərargah rəisi Eyal Zamir amerikalı həmkarı Bred Kuperlə danışıqlar aparıb.

Oxşar xəbərlər

İran İsrailə azı 200 ballistik raket atıb
ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
KİV: İran İsrailə yeni raket zərbələri endirib
Husilər İsrailə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər