Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Hüquq fənninin dərslik kimi ayrıca və standart formatda tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə öyrədilməsini daha məqsədəuyğun hesab edirəm.
Sizinxeber.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
“Hüquq bilikləri sadəcə dərs vəsaiti kimi deyil, həyat bacarığı kimi mənimsənilməlidir. Təxminən, 18 il əvvəl informatika fənninin məktəblərdə tədrisi ilə bağlı qərar qəbul edildi. Ancaq informatikanın keyfiyyətli tədrisi üçün yalnız dərslik kifayət etmir. Bunun üçün hazırlıqlı müəllimlər, texniki avadanlıq və uyğun infrastruktur da lazımdır. Təəssüf ki, həmin dövrdə bu məsələlər lazımi səviyyədə nəzərə alınmadı. Bu gün hamıya hüquq savadı vermək istəyiriksə, əvvəlcə bir sıra vacib suallara cavab tapmalıyıq: Bunun üçün hansı şərtlər yaradılmalıdır? Nə qədər dərs vəsaiti hazırlanmalıdır? Neçə müəllimə ehtiyac var? Şagirdlərin bilik və bacarıqları necə qiymətləndiriləcək? Bu suallar cavablandırılmadan hər hansı yeni fənnin məktəb proqramına daxil edilməsi düzgün yanaşma deyil", - nazir qeyd edib.
Oxşar xəbərlər
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər
Bu gün Azərbaycanda ilk dərs günüdür
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
